Posted by: mekteb320 | January 30, 2015

İnsan alveri – Müasir köləlik

İnsan alveri – Müasir köləlik

Qaradağ rayonu 320 saylı tam orta məktəbdə məktəbin tarix müəllimi Əlizadə Gülşən və Uşaq Birliyinin Rəhbəri Əliyeva İlahənin təşkilatçılığı ilə “İnsan alveri – Müasir köləlik” adlı tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd tədbir iştirakçılarına insan alveri ilə bağlı məlumat vermək, tədbir iştirakçılarının timsalında hər kəsi insan alverinə qarşı mübarizə aparmağa səsləmək idi. Tədbirdə insan alveri ilə bağlı verilən məlumatlarla  yanaşı, şagirdlərin hazırladıqları səhnəciklər, özlərinin yazdıqları şeirlər, bəslədikləri musiqi nömrəsi olduqca təsirli idi. Tədbirin sonunda “Satılmış həyat” adlı film izlənildi. Məktəb müdiriyyəti və müəllim kollektivi tədbirin hazırlanmasında və həyata keçirilməsində əməyi olan hər bir şagirdimizə bu cür həssas məsələ ətrafında həmrəy olduqlarına görə xüsusi təşəkkürünü bildirir.

Əlizadə Gülşən






Stop Armenia to violate casefire regime on the border of Azerbaijan!

Ağ Evin rəsmi saytında başladılan petisiyaya dəstək olun!

Ağ Evin rəsmi saytının “Biz xalqıq” (We the People) bölməsində son günlər Ermənistan ordusunun atəşkəs rejimini pozmasına son qoyulması ilə bağlı petisiya yerləşdirilib. Bu barədə Azərbaycan Dövlət İdarəçilik Akademiyasının tələbələri məlumat verib. Tələbələr öz təşəbbüsləri ilə bu petisiyaya başladıqlarını bildiriblər.

ABŞ Prezidenti Barak Obama administrasiyasının diqqətinə ünvanlanmış petisiyada son günlər qoşunların təmas xəttində Ermənistan ordusunun atəşkəsi pozduğu və erməni kəşfiyyat qruplarının Silahlı Qüvvələrimizin mövqelərinə basqınlar etdiyi qeyd olunur. Bildirilir ki, bunun nəticəsinə Azərbaycan ordusu itkilər verib, yaralılar var.

Petisiyanı dəstəkləmək üçün göstərilən linkə (https://petitions.whitehouse.gov/petition/stop-armenia-violate-casefire-regime-border-azerbaijan/sbD9shFC) daxil olmaq, sağ tərəfdə ad (first name), soyad (last name), elektron ünvanı tələb olunan hissələrdə yazmaq və SİGN NOW düyməsini basmaqla petisiyanı imzalamaq olar. Bundan sonra elektron ünvana göndərilən təsdiqedici linki açmaqla petisiyanı imzalama prosesi başa çatmış olur. Qeyd edək ki, petisiyaya Ağ Ev tərəfindən baxılması üçün bu il sentyabrın 2-dək 100 000 imza toplanmalıdır.

We – The Azerbaijan People write you due to last incidents happening in our country. Armed forces of invader Armenian Republic bricked up during last days, violated ceasefire regime systematically in the different directions of Azerbaijan-Armenia state border and contact lines of troops and attacked to the positions of Azerbaijani Armed Forces. Due to this incident many soldiers died and wounded in the border.

This afflictive incident is a result of 20 year-lasting “Azerbaijan Armenian Nagorno-Kharabakh conflict” that has took many young lives and destroy the stability and security in the region.

We want armenian agressors stop violate the casefire and peace in the region. It is violation of human rights by armenian government and we ask you to support us as you always do in the world.

https://petitions.whitehouse.gov/petition/stop-armenia-violate-casefire-regime-border-azerbaijan/sbD9shFC

Posted by: mekteb320 | April 3, 2014

VII sinifdə riyaziyyat fənnindən açıq dərs

VII sinifdə riyaziyyat fənnindən açıq dərs

Posted by: mekteb320 | January 31, 2014

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi

31.01.2014 tarixində Qaradağ rayonu 320 saylı tam orta məktəbdə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi keçirildi. Tədbirdə şagirdlərimiz Məhəmməd Əmin Rəsulzadə haqqında məlumat verdilər, vətənpərvərlik  mövzusunda şerlər səsləndirdilər. Tədbirin sonunda Məhəmməd Əmin Rəsulzadənin səs yazısı fonunda video çarx izlənildi.

Əlizadə Gülşən

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi

məktəb 320

Məhəmməd Əmin Rəsulzadə 130 illik yubiley

http://menazerbaycanliyam.wordpress.com/

Posted by: mekteb320 | October 19, 2013

18 oktyabr “Müstəqillik günü”

18 oktyabr “Müstəqillik günü”

18.10.2013 tarixində Qaradağ rayonu 320 saylı tam orta məktəbdə 18 oktyabr “Müstəqillik günü” münasibəti ilə tədbir keçirildi. Məktəb şagirdlərinin və Müşfiq qəsəbəsinin mədəniyyət klubu işçilərinin müstəqilliyimizin 22-ci ildönümü ilə bağlı birlikdə təşkil etdikləri tədbir olduqca maraqlı və yaddaqalan oldu. Tədbirdə dövlət müstəqilliyimizin tarixinə nəzər salınaraq, ölkəmizin müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar vurğulandı. Tədbirdə iştirak edən şagirdlər söydədikləri şerlərlə vətən sevgisini bir daha nümayiş etdirdilər. İfa edilən musiqi nömrələri tədbir izləyicilərinə xoş anlar yaşatdı.  ətraflı…

Posted by: mekteb320 | August 12, 2013

Müəllimlərimiz Xızı gəzintisində

Müəllimlərimiz Xızı gəzintisində

məktəb 320 - Xızı gəzintisi

məktəb 320 - Xızı

Xızı

müəllimlər Xızıda

Məktəb 320

müəllimlər

school 320

məktəb 320. Xızı

Posted by: mekteb320 | May 8, 2013

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi

Respublikamızın hər yerində olduğu kimi Bakı şəhəri Qaradağ rayonu 320 saylı orta məktəbdə də ulu öndər, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı tədbir keçirildi. Tədbirdə çıxış edən məktəb direktoru Namiq Cəfərov və məktəb müəllimləri ulu öndərlə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşərək, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasındakı xidmətlərindən bəhs etdilər. Tədbirdə çıxış edən şagirdlər də söylədikləri şerlərlə, ifa etdikləri musiqilərlə və nümayiş etdirdikləri səhnəciklərlə ulu öndərimiz Heydər Əliyevə olan sevgilərini bir daha göstərmiş oldular. Tədbirdə iştirak edənləri dinlədikcə bir daha anlaşılırdı ki, Heydər Əliyev xalqımızın xatirəsində daim yaşayacaqdır.  ətraflı…

Gülşən Əlizadə

Heydər Əliyev

Posted by: mekteb320 | May 3, 2013

GÜL BAYRAMI

GÜL BAYRAMI

Bakı şəhəri Qaradağ rayonu 320 saylı orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı mütəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də 10 May gül bayramı ilə bağlıdır. Məktəbimizin əmək müəllimləri və bacarıqlı şagirdləri gül bayramına güllərdən və muncuqlardan olduqca maraqlı əl işləri hazırlayıblar. Mən əl işləri ilə tanış olub çox bəyəndim və istədim ki, məktəbimizin bu fəaliyyətini sizlərlə də paylaşım.  ətraflı…

gül bayramı məktəb 320

Posted by: mekteb320 | April 28, 2013

“Mən azərbaycanlıyam” bloqu

“Mən azərbaycanlıyam” bloqu

mən azərbaycanlıyam

“Mən azərbaycanlıyam” bloqu mənim yaratdığım artıq ikinci bloqdur. Bildiyiniz kimi birinci bloqum məktəbimizlə bağlı olub onun adını daşıyır və məktəbimizin, şagirdlərimizn fəaliyyəti haqqında məlumat verməkdədir. İkinci blogum yəni “Mən azərbaycanlıyam” adlı bloqum həyat və fəaliyyətini müstəqil Azərbaycanın yaradılmasına həsr etmiş, xalqını işıqlı gələcəyə qovuşdurmaq üçün gecəsini gündüzünə qatmış, vətənimizin iqtisadiyyatının dirçəlməsinə, əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına, elm və mədəniyyətmizin inkişafına çalışmış Azərbaycanın dahi oğlu Heydər Əliyevə həsr edilib. “Mən azərbaycanlıyam” adlı bloqu yaratmaqda məqsəd ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki xidmətlərini indiki və gələcək nəsillərə çatdırmaqla onların da Azərbaycanımızı dərindən sevmələrinə nail olmaqdır. http://menazerbaycanliyam.wordpress.com/ bloqu ümid edirəm ki, məktəb 320 bloqu kimi geniş oxucu kütləsinə malik olar.

Sizlərin diqqətinə çatdırmaq istəyirəm ki, “Mən azərbaycanlıyam” bloqu “Elektron Təhsil” Müsabiqəsinə qatılmışdır. Müsabiqədə növbəti mərhələyə keçmək üçün sizlərin də dəstəyi lazımdır. Dəstək olmaq istəyənlər http://musabiqe.edu.az/ səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatınızın təsdiqlənməsi ilə bağlı e-mail adresinizə məktub gələcək. Bundan sonra siz loqin və parolunuzdan istifadə edərək sayta daxil olcaqsınız. Sonra isə nominasiyalar bölməsinə ordan da müəllimlərin bloqları bölməsinə daxil olub açlan səhifədə Mən azərbaycanlıyam guşəsində şərh yaz düyməsinə vurmaqla müsbət rəy yazmalıdırlar.

Posted by: mekteb320 | April 6, 2013

5-Cİ SİNİFLƏR ARASINDA TARİX OLİMPİADASI

5-Cİ SİNİFLƏR ARASINDA TARİX OLİMPİADASI

05.04.2013 tarixində Qaradağ rayonu 320 saylı tam orta məktəbin 5-ci sinifləri arasında tarix müəllimi Gülşən Əlizadənin təşəbbüsü ilə Azərbaycan tarixi fənnindən bilik olimpiadası təşkil edildi. Olimpiadanı təşkil etməkdə məqsəd şagirdlərimizin tariximizə olan marağını daha da artırmaq və gələcəkdə tarix fənnini daha da yaxşı oxumaları üçün stimul yaratmaq idi. Olimpiada sualları 5-ci sinif Azərbaycan tarixi fənni ilə bağlı müəyyənləşdirilmiş meyyarlara əsasən hazırlanmışdı. Olimpiadada məktəbimizin 5A, 5B, 5C və 5Ç siniflərindən 7 nəfərlik qruplar iştirak etdi. Hər bir qrup səsləndirilmiş suallara doğru cavab verməyə çalışdı. Hər bir sual 1 balla qiymətləndirildi. Olimpiadaya ayrılmış zamanın sonunda  qruplar tərəfindən toplanmış ballar hesablandı. Hesablama nəticəsində olimpiadada siniflər aşağıdakı yerləri qazandılar.

I yer – ən çox və eyni balı toplamış 5A və 5B sinifləri

II yer – 5C sinfi

III yer – 5Ç sinfi

Uşaqlar! Bu keçirilən bilik olimpiadası nə ilk, nə də son deyil. Gələcəkdə də belə bilik olimpiadaları olacaq. Əsas olan dərsilərimizi hər zaman yaxşı oxumaq, cəmiyyətdə ən yaxşı yerləri tutmaq və vətənpərvər olub Azərbaycanımızın keçmişinə, bu gününə və gələcəyinə sahib çıxmaqdır.

Əlizadə Gülşən

5A sinfi

5B sinfi

5C sinfi

5Ç sinfi

Qalib 5A və 5B sinifləri

tarix olimpiadası

Posted by: mekteb320 | March 23, 2013

Novruz bayramı tədbiri

Novruz bayramı tədbiri

Novruz bayramı xalqımızın milli bayramıdır. Xalqımız bu bayramı hər zaman böyük sevinclə qarşılayır və qeyd edir. Hər il olduğu kimi bu il də məktəbimizin şagirdləri Novruz bayramı haqqında müxtəlif tədbirlər, əyləncələr təşkil etdilər. Məktəbimizin 1C sinfi də Eldar müəllimin rəhbərliyi altında Novruz bayramı ilə bağlı tədbir keçirdi. Tədbirdə bir-birindən gözəl geyinmiş şagirdlər Novruz bayramı və bahar fəsli haqqında şerlər söylədilər, Azərbaycan mahnılarının sədası altında rəqslər etdilər və Novruz bayramı haqqında video görüntülər izlənildi. 

Posted by: mekteb320 | February 26, 2013

Erməni terrorunun acı xatirəsi

Erməni terrorunun acı xatirəsi

Azərbaycan xalıqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri də Xocalı soyqrımıdır. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir. Xocalının işğalı zamanı bir gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, insanların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaydır.

26.02.2013 tarixində Xocalı faciəsi Azərbaycanın hər yerində olduğu kimi Qaradağ rayonu 320 saylı tam orta məktəbdə də anıldı. Məktəb müdüriyyəti və şagirdlər Xocalı faciəsilə bağlı fikirlərini anım iştirakçıları ilə paylaşdılar. Məktəb şagirdləri bu faciəvi günlə bağlı şerlər səsləndirdilər, səhnəciklər nümayiş etdirdilər. Tədbirin sonunda bir daha erməni vəhşiliyi, onların insanlıqdan kənar əməlləri pislənildi və onların layiqli cəzalarını tapmaları arzu edildi.

 

Posted by: mekteb320 | February 24, 2013

To genocide events in Khojali

To genocide events in Khojali

Over the night from February 25 to 26, 1992 Armenian armed forces implemented the capture of the Khojali city with support of hard equipment and the personnel of the infantry guards regiment 366 of former Soviet Union.

The massed firing with using artillery weapon, hard military equipment, which was began in the evening of February 25, preceded assault of the city.

As a result of this the fire began in the city and by five o’clock in the morning the whole city was in fire. The population (about 2500 people) remained in the city were forced to leave their houses in the hope to find the way to Aghdam – the district center and the nearest place mainly populated by Azerbaijanis.

But these plans have failed. Armenian armed forces with the military support of the infantry guarts regiment destroyed Khojali city and with particular bruatality implemented carnage over the peaceful population. As a result:

613 people were killed, among them 63 children, 106 women, 70 elders.

 8 familes were killed completely.

25 children lost both parents.

130 children lost one of the parents.

487 people were wounded, including 76 children.

1275 people were hostages.

150 people were missing.

Posted by: mekteb320 | February 20, 2013

“Azərbaycan tarixi fənn aylığı” yekun tədbiri

“Azərbaycan tarixi fənn aylığı” yekun tədbiri

Bildiyimiz kimi Bakı Şəhər  Təhsil İdarəsi ( BŞTİ) ötən ilin  noyabrın 26-dan dekabrın 25-nədək  olan müddəti “Azərbaycan tarixi fənn aylığı” elan etmişdi. Tarix aylığı 4 nominasiya üzrə (ən yaxşı dərs layihəsi və ya metodik tövsiyə, ən yaxşı metodik iş sistemi olan məktəb, ən yaxşı açıq dərs və şagirdlərin Azərbaycan tarixi fənnindən ay ərzində keçilən mövzulara aid ən yaxşı yaradıcı işləri) keçirildi. 19.02.2013 tarixində isə  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Azərbaycan tarixi fənn aylığı”nın yekun tədbiri keçirildi. Tədbirdə Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyi, millət vəkilləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbirdə hər nominasiya üzrə qaliblərə diplomlar verildi. Tədbirdə ən yaxşı dərs layihəsi və ya metodik tövsiyə  nominasiyası üzrə qalib Qaradağ rayonu 320 saylı tam orta məktəbin tarix müəllimi Əlizadə Gülşənə diplom verildi. Tədbirdə maraqlı və xoş anlar yaşandı.

 tarix aylığı yekun

Posted by: mekteb320 | December 31, 2012

Happy New Year

animation_merry_christmas_happy_new_year

Posted by: mekteb320 | December 13, 2012

SƏFƏVİ DÖVLƏTİNƏ HƏSR OLUNMUŞ TARİX GECƏSİ

SƏFƏVİ DÖVLƏTİNƏ HƏSR OLUNMUŞ TARİX GECƏSİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 26 noyabr tarixindən – 25 dekabr tarixinədək tabeliyində olan ümumtəhsil məktəblərində “Azərbaycan tarixi aylığı” elan edib. “Tariximiz – dünənimiz, bu günümüz və gələcəyimizdir” adlı Azərbaycan tarixi aylığı çərçivəsində Qaradağ rayonu 320 saylı tam orta məktəbdə Səfəvi dövlətinə həsr olunmuş tarix gecəsi keçirildi. Gecə Azərbaycan himninin səsləndirilməsi ilə başladı. Gecədə şagirdlər tədbir iştirakçılarına Səfəvi dövləti haqqında məlumat verərək, Səfəvi dövlətilə bağlı maraqlı səhnəciklər nümayiş etdirdilər. Gecədə səsləndirilən musiqi nömrələri nümayiş olunan səhnəciklər bir-birini gözəl tamamlayırdı. Tarix gecəsində şagirdlərin səsləndirdikləri şerlər, musiqilər  və nümayiş etdirdikləri səhnəciklər tamaşaçılar tərəfindən çox bəyənilərək gurultulu alqışlarla qarşılandı. Gecənin sonunda xatirə şəkili çəkdirildi.

Gülşən Əlizadə

tarix aylığı

Posted by: mekteb320 | December 13, 2012

Yeddinci sinifdə açıq dərsdə kurikulumun tətbiqi

Yeddinci sinifdə açıq dərsdə kurikulumun tətbiqi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 26 noyabr tarixindən – 25 dekabr tarixinədək tabeliyində olan ümumtəhsil məktəblərində “Azərbaycan tarixi aylığı” elan edib. Azərbaycan tarixi aylığı çərçivəsində Qaradağ rayonu 320 saylı tam orta məktəbdə 13 dekabr 2012-ci il tarixində məktəbin tarix müəllimi Əlizadə Gülşən açıq dərs keçirdi. Dərs ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi ilə başladı. Açıq dərsdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodika Mərkəzinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin nümayəndələri, məktəbin direktoru və müəllimləri iştirak etdilər. VII sinifdə keçirilən dərsin mövzusu “Alban hökmdarı Cavanşirin yadellilərə qarşı mübarizəsi” idi. Dərs İKT-nin tətbiqi ilə yeni təlim üsullarına əsaslanaraq keçirildi.  VII sinifdə kurikulumun tətbiq edilməsi şagirdlər üçün maraqlı yenilik oldu. Dərs prosesində auksion, esse, Venn diaqramı, rollu oyunlar və təqdimatlar üsullarından istifadə olundu.

Əlizadə Gülşən

320 saylı tam orta məktəbdə “Xoca” filmi nümayiş olundu

Tarix aylığı çərçivəsində Qaradağ rayonu 320 saylı tam orta məktəbdə Rejissor Vahid Mustafayevin “Xoca” filmi nümayiş olundu. “Xoca” Xocalı hadisələrini ilk dəfə olduğu kimi göstərən filmdir. “Bakı film” studiyasının istehsalı olan film 1992-ci ildə Azərbaycanda cəryan edən hadisələr, SSRİ-nin süqutundan sonra müstəqillik əldə edən Azərbaycanın ağır siyasi-iqtisadi mərhələyə qədəm qoyması və qonşu Ermənistan silahlılarının və Rusiya ordusunun 366-cı motoatıcı alayının 20 il əvvəl, 1992-ci il fevralın 26-da Azərbaycan torpaqlarında törətdiyi soyqırım haqqındadır. Məktəb rəhbərliyi və məktəbin tarix müəllimləri tarix aylığı çərçivəsində Xocalı gərçəklərini özündə əks etdirən bu filmin məktəbimizdə nümayiş olunmasına qərar verdi. Məqsəd o dövrdə baş vermiş hadisələrə şahid olmamış şagirdlərimizə Xocalıda erməni terrorçularının törətdiyi soyqırımı əyani şəkildə çatdırmaqdır.

Gülşən Əlizadə

Xoca

Xoca filmi

məktəb 320 - Xoca filmi

Xoca filmi - məktəb 320

Posted by: mekteb320 | November 10, 2012

QOBUSTAN EKSKURSİYASI

QOBUSTAN EKSKURSİYASI

08.11.2012 tarixində məktəbimizin müəllimləri – Əlizadə Gülşən, Qəniyeva İlhamə və Sadıqov İlham məktəbimizin 8b sinfi üçün Qobustan dövlət qoruğuna ekskursiya təşkil etdi. Ekskursiya həm müəllimlər, həm də şagirdlər üçün olduqca maraqlı keçdi. Şagirdlər öncə Qobustan dövlət qoruğundakı muzeyi gəzərək Qobustan qayalarının tarixçəsi haqqında məlumat əldə etdilər. Muzey çox gözəl dizayn edilmişdi. Muzeyin hər bir bölməsi bir ayrı gözəl idi. Bir sözlə keçmiş və müasir dövr bir məkanda cəmlənmişdi. Hər bir bölmədə divarlara Qobustan qayaları haqqında məlumat verən xüsusi monitorlar quraşdırılmış, döşəmələrə və divarlara qədim insanların məşğuliyyətini və həyat tərzini eks etdirən işıq şüalarından ibarət təsvirlər salınmışdı. Şagirdlərimiz məlumat monitorlarından istifadə edərək Qobustan qayalarının tarixi haqqında məlumat əldə edir, oyun monitorlarından istifadə edərək qədim təsvirlərlə müasir təsvirləri eyniləşdirir və muzeydəki eksponatlarla yaxından tanış olurdular. Muzeylə tanışlıqdan sonra şagirdlər Qobustan qayalarını gəzdilər və qədim insanların qayalar üzərindəki əl izləri ilə daha yaxından tanış oldular. Ekskursiya boyunca hər kəs özünə maraqlı olan çoxlu şəkillər çəkdirdi.

Gülşən Əlizadə

 

 

`

 

 

 

mc999ktc999b-320-qobustan

 

Posted by: mekteb320 | November 4, 2012

Tarix aylığı

Tarix aylığı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən Bakı şəhərindəki  məktəblərdə o cümlədən bizim məktəbimizdə tarix aylığı keçirilir. Bu məqsədlə məktəbimizdə ciddi hazırlıq işləri gedir. Tarix aylığı ilə bağlı olaraq məktəbimizdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərə tarixlə bağlı divar qəzetlərinin hazırlanması, tarixlə bağlı rəsm sərgisinin təşkili, tarixi yerlərə ekskursiyaların təşkil edilməsi, müasir və fəal təlim metodları ilə açıq dərslərin keçirilməsi, Səfəvi dövlətinin tarixçəsini özündə əks etdirən “tarix gecəsinin” keçirilməsi və s. aiddir.

Gülşən Əlizadə

məktəb 320-taix aylığı

məktəb 320- 11A

məktəb 320 - divar qəzeti

məktəb 320 - 9A

məktəb 320 - 7C

məktəb 320 - 6B

əl işi - xəritə

əl işi - bayraq

əl işi - gerb

əl işi - himn

tarix gecəsinə hazırlıq

tarix gecəsi səhnəcik

tarix gecəsi musiqi hazırlığı

Posted by: mekteb320 | October 25, 2012

Qurban bayramınız mübarək!

Posted by: mekteb320 | September 12, 2012

DÖRD ŞAMIN HEKAYƏSİ

DÖRD ŞAMIN HEKAYƏSİ

Dörd ədəd şam aram-aram yanırdı. Ətraf o qədər səssiz idi ki, şamların söhbətini eşitmək olurdu…

Birinci şam deyirdi:

“Mən SÜLHəm! Amma kimsə mənim yanmağıma kömək olmur. Güman ki, yaxında sönəcəyəm.” Şamın işığı yavaş-yavaş azalır və tamamailə  sönür…

İkinci şam deyir:

“Mən VƏFAyam! Təəssüf ki, mən də elə dəyərli deyiləm. Ona görə də yanmağımın bir mənası qalmayıb.” Dedikdən sonra əsən zəif külək onu da söndürür…

Sıra üçüncü şama gəldiyində o, hüzünlü bir səslə deyir:

“Mən SEVGİyəm! Yanacaq gücüm qalmayıb. İnsanlar məni unudub, dəyərimi anlamırlar. Ən yaxınlarını sevməyi belə unudublar.” Sevgi də çox gözləmədən sönüb gedir…

Anidən otağa bir uşaq girir və üç şamın yanmadığını görür. “Siz niyə yanmırsınız? Sizin daima yanmağınız gərəkmirmi?” deyən uşaq ağlamağa başlayır…

Bu zaman dördüncü şam deyir:

“Ağlama, mən yandığm müddətcə digər şamları da yandıra bilərik. Mən ÜMÜDəm!!!”

Gözləri sevincdən parıldayan uşaq ÜMÜD şamını alır və digər şamları yandırır…

Posted by: mekteb320 | July 28, 2012

TƏHSİLDƏ KURİKULUM İSLAHATI

TƏHSİLDƏ KURİKULUM İSLAHATI

Dövrümüzdə tez-tez dəyişən həyat şəraiti, elm və texnikanın sürətli inkişafı, informasiya bolluğu, hər sahədə inteqrasiya, uşaqların ümumi inkişaf səviyyəsinin artması, dünya təhsil siteminə inteqrasiya, mövcud ümumi təhsil proqramlarının müasir tələblərə cavab verməməsi ölkəmizdə təhsil sahəsinədə kurikulum islahatının aparılmasını zəruri edir. Azərbaycan təsilində kurikulum islahatını həyata keçirtmək məqsədilə Təhsil Problemləri İnstutunun strukturlarında Kurikulum mərkəzi yaradıldı. 2005-ci ildən fəaliyyətən başlayan Kurikulum Mərkəzi ümumi orta təhsil məktəblərində dərs deyən müəllimlər üçün kurikulum təlimləri təşkil etməyə başladı. Kurikulum təlimlərinin birinici mərhələsi ümumi orta məktəblərin ibtidai sinif müəllimləri, ikinci mərhələsi isə V-VIII siniflərdə dərs deyəcək müəllimlər üçün keçirilir. Hal-hazırda hər bir rayonun müxtəlif məktəblərində ayrı-ayrı fənn müəllimlərinə kurikulum təlimləri keçirilməkdədir.

Belə təlimlərdən biri də 139 saylı məktəbdə Qaradağ rayonundakı məktəblərin tarix fənni müəllimləri üçün təşkil edildi. 16-26 iyul 2012 tarixində keçirilmiş təlimdə 23 nəfərlik qrupa təlimi təlimçi Şahgəldiyeva Ədibə keçdi. Təlimin mükəmməl keçirilməsi üçün hər bir şərait yaradılmışdı. 10 günlük təlim prosesi olduqca maraqlı keçdi. Təlimçi təlim prosesində qruplarla iş formasından, fərqli iş üsullarından – BİBÖ, klaster, venn diaqramı, auksion, modelləşdirmə, qərarlar ağacı və s. istifadə etdi ki, bu da iştirakçı müəllimlərin məktəbdə dərs deyəcəyi zaman istifadə etməsi üçün olduqca əhəmiyyətli idi. Təlim zamanı təlim iştirakçılarına aydın olan məsələlərdən biri də o idi ki, müəllimlər sadəcə oz fənni ilə bağlı biliklərlə kifayətlənməməli, digər fənlərlə bağlı biliklərə, o cümlədən İKT-dən istifadə bacarığına sahib olmalıdır. 10 günlük təlimin sonunda təlim iştirakçıları öyrəndiklərinə dair test imtahanı verdilər. Test imtahanının nəticələrinə əsasən iştirakçılar I və II dərəcəli sertifikatlarla təltif olundu.

Gülşən Əlizadə

                                                                                         

Posted by: mekteb320 | July 10, 2012

I PYOTRUN «VƏSİYYƏTNAMƏ»Sİ


Rus dövləti həmişə müharibə müvazinəti hazırlamalı və çalışmalıdır ki, bu hazırlıq Rusiyanın tərəqqisinə səbəb olsun.

Avropa ölkələri arasında fitnə-fəsad törətmək, ziddiyyət salmaq və bu işdə onların biri ilə əlbir olmaq lazımdır. Xüsusilə, alman xalqı arasındakı iğtişaşlarda fəal mövqe tutmağa çalışmalı, çünki onlar bizimlə həmsərhəddir.

Polşada iğtişaş və qarışıqlıq salmalı, dövlət işlərinə zərbə vurmalı, Moskvadan əsgər gətirib orda yerləşdirməli, əgər başqa dövlətlər bizim bu tədbirlərimizə etiraz edərlərsə, Polşadan bir parça kəsib onlara sükut payı verməli, iş tamam olandan sonra isə o parçanı geri almalı, rus səltənətini möhkəmləndirməli.

Mümkün qədər İsveç, Norveç ölkələrindən bir istinad məntəqəsi əldə etməli. Çalışın ki, İsveç, Norveç, Danimarkaya düşmənçilik toxumu səpin. 

İngilis hökuməti ilə ittifaqda olub, əlaqəni  möhkəmləndirin. Çünki ticarət işində və dövlətin idarə edilməsində bu fayda verər.

Rusiya dövlətinin hüdudu Avropadan şimala Baltik dənizinə, cənubda isə Qara dənizə qədər olmalıdır. Bunu mühafizə etmək və rus sərhəddini genişləndirmək övladlarımın vəzifəsidir. Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. Tez və yerli-yerində çalışıb, İstanbula sahib olan şah dünyada ilahi şah olacaqdır. Bu məqsədi həyata keçirmək üçün həmişə Türkiyə ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və basılmaz ordudur. Rusiya nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə ixtilafları yaxşı bir vasitədir. Türkiyə ilə İran dövlətləri arasındakı müvazinəti fitnə-fəsadla elə pozmaq lazımdır ki, onlar bir-biri ilə dil tapa bilməsinlər. Həm İran, həm də Türkiyəni Avropa xalqları ilə təmas tapmağa imkan verməmək. Əgər bu ölkənin müsəlmanları göz açıb hüquqlarını qansalar, o bizə böyük zərbə olar. Həm Türkiyə, həm də İranın din xadimlərini ələ almaq və onlar vasitəsi ilə sünni-şiə ixtilaflarını qızışdırmaq lazımdır. İslam əqidəsini Asiyadan uzaqlaşdırmaq, xristian dini əqidəsini və mədəniyyətini orada ciddi təbliğ etmək, yaymaq zəruridir. Bundan əlavə cürbəcür tədbirlər etmək ki, İran ölkəsi günü-gündən pulsuz, ticarətsiz qalsın. Xülasə, İranı həmişə tənəzzülə sövq edib, tabe halda saxlamaq lazımdır ki, Rusiya dövləti istədiyi vaxt onu zəhmətsiz öldürməyə qadir olsun. Amma Türkiyə dövləti məhv olmadan İranın canını almağımız məsləhət deyil. Maddi ehtiyaclar zonası olan Türkiyənin işini qurtardıqdan sonra İranı çətinlik çəkmədən məhv etmək və başını kəsmək mümkündür. Yunanlarla sülh və dostluqla rəftar etməli, Türkiyə ilə müharibə zamanı onlar sizə imdad edərlər. 

İsveç, Norveç, Türkiyə və İranı, Polşanı istila etdikdən sonra İtaliya və Fransa ilə müttəfiq olmağa çalışın. Əgər onlardan heç birisi dostluğunuzu qəbul etməzlərsə, onda elə bir tədbir görmək ki, bu iki hökumətin (İtaliya və Fransa) arasında fitnə-fəsad vaqe olsun. Bu vəchlə get-gedə onlardan biri aradan götrülüb bərbad olar. İşin axırında sair ölkələrin hamısını öz məmləkətinizə ilhaq edib, bütün dünyaya sahib olarsınız.

Əlizadə Gülşən.

Posted by: mekteb320 | May 28, 2012

The national symbols of the Republic of Azerbaijan

THE NATIONAL SYMBOLS OF THE REPUBLIC OF AZERBAIJAN

Article 23. The symbols of the Republic of Azerbaijan
(extract from the Constitution)
I. The national symbols of theRepublic of Azerbaijan are the national flag of the Republic of Azerbaijan, the national emblem of the Republic of Azerbaijan and the National Anthem of the Republic of Azerbaijan.
II. The National flag of the Azerbaijan Republic consists of three equal stripes. The upper stripe is blue, the middle stripe is red and the lower stripe is green and in the middle of the red one on both sides of the flag there are a white-colored crescent and eight-point star. The width across length of the flag is 1:2.
III. The image of the national flag of the Republic of Azerbaijan and the national emblem of the Republic of Azerbaijan, as well as the music and the text of the National Anthem of the Republic of Azerbaijan are defined by the Constitution.

THE NATIONAL FLAG

The three-color national flag of Azerbaijan was accepted by the government of the Democratic Republic of Azerbaijan on November 9, 1918. After the collapse of the Democratic Republic in April 28, 1920 and the establishment of the Soviet regime this flag was relinquished in Azerbaijan. Yet the flag was restored by the order of the Supreme Medjlis of the Nakhichevan Autonomous Republic and was declared the national flag of the Autonomous Republicon November 17, 1990. At the same time the Supreme  Medjlis of Nakhichevan Autonomous Republic petitioned to the Supreme Council of the Azerbaijan SSR for recognition of the three-color flag the national flag of Azerbaijan.
The Supreme Council of the Azerbaijan Republic considered the petition of the Supreme Medjlis of Nakhichevan Autonomous Republic and approved the three-color flag the national flag of the Azerbaijan Republicon February 5, 1991.
The national flag of the Azerbaijan Republic consists of three equal strips. The upper strip is of blue color, the middle-of red, the lower is green. The blue strip designates the Turkish origin of the Azerbaijan Republic, the red color-its intention to create a modern state and develop the democracy, the green strip-its relation to the Islam civilization. In the middle of the red strip on both sides of the flag there is a white-color crescent and an eight-point star. The relation between the width and the length of the flag is 1 to 2.

THE NATIONAL EMBLEM

The government of the Democratic Republic of Azerbaijan declared a competition on the national emblem of Azerbaijanon January 30, 1920 and made a decision to present the emblem model on May of the same year. However, due to the collapse of the Azerbaijan democratic Republic On April 28, 1920, the emblem was not approved.
The Supreme Medjlis of the Nakhichevan Autonomous Republic discussed the issue connected with the national emblem and raised petition in the Supreme Council of the Azerbaijan SSR on declaration of a new competition on the national emblem of Azerbaijan on November 17, 1990.
The competition was declared by the decision of the Supreme Council of the Azerbaijan Republicon February 5, 1991. Tens of projects of the emblem were presented during the competition of 1991-1992 and it was also proposed to approve one of the projects developed in 1919-1920.
By the Constitutional Law of the Supreme Council of the Azerbaijan Republic, approved on January 19, 1993, one of the projects, developed in 1919-1920 with certain alterations was confirmed the national emblem of the Azerbaijan Republic.
The National Emblem of the Azerbaijan Republic symbolizes the independence of Azerbaijan. The national emblem is the image of an oriental shield and a semicircle formed by the branches of an oak-tree and ears resting on it. The shield contains the image of a fire in the center of an eight-point star against a background of the colors of the National flag of Azerbaijan.
The salient description of the National emblem:
It is attached to:
The residence and the private office of the President of the Azerbaijan republic;
The building of the Parliament of the Azerbaijan Republic, its conference hall and the private office of the chair of the parliament;
All courts, buildings of military tribunals, halls of judicial assembly; private offices of the chairs of the Supreme Court and Constitutional Court of the Azerbaijan Republic;
Buildings of state bodies in cases stipulated in the legislative system of the Azerbaijan Republic;
Buildings of diplomatic and trade representations and consulates of the Azerbaijan Republic

THE NATIONAL ANTHEM

The Council of Ministers of the Azerbaijan Democratic Republic carried out a decision on the development of the national anthem of the Republic on January 30, 1920 and for this purpose the Ministry of National Education declared a competition. Yet the collapse of the Azerbaijan Democratic Republic on April 28, 1920 prevented this process.
The Parliament approved a law “On the national anthem of the Azerbaijan republic” on May 27, 1992. The law approves the “March of Azerbaijan”, created by prominent composer Uzeyir Hadjibeyov and poet Ahmed Djavad in 1919, the national anthem of the Azerbaijan Republic.

Composer: Uzeyir Hadjibeyov
Text: Ahmed Djavad
Azerbaijan, Azerbaijan!
The heroic patriotic glorious land!
To die for you we are glad and we are ready!
If there is need to shed blood 
We are too ready!
With three color banner live happily!
Sacrifices too many done,
Every soldier to front has gone!
When your chest was field of battle!
Come back as a heroic son!
Let me see you flourish,
Let your enemies perish!
I love you, my dear land
Be mightier we do wish!
To safeguard your sacred land,
To hold high your honored flag,
All the youngsters are too glad!
Glorious land, glorious land!
Azerbaijan, Azerbaijan!


Posted by: mekteb320 | May 28, 2012

28 May the Republic Day

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü

320 saylı orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir keçirildi. Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsilə başladı. Tədbirdə çıxış edən məktəb direktoru Namiq Cəfərov və məktəbin müəllimləri ulu öndərimiz Heydər Əliyevlə bağlı çıxışlarında bildirdilər ki, Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində işləyərkən, Azərbaycan SSR-in rəhbəri və müstəqil Azərbaycan Respublikasının prezidenti olarkən ancaq öz vətənini düşünmüş, xalqının, vətəninin rifahı üçün səylə çalışmışdır. Tədbirdə çıxış edənlər çoxlu sayda azərbaycanlı gəncinin SSRİ-nin ali məktəblərinə oxumağa göndərilməsinin, Azərbaycanda hərbi məktəblərin açılmasının, ölkənin rayon və şəhərlərini bir-birinə bağlayan dəmiryollarının çəkilməsinin, nəhəng sənaye obyektlərinin yaradılmasının, yeni xəstəxana binaları, məktəblər, mədəniyyət sarayları, mehmanxanalar, istirahət ocaqlarının tikilməsinin, ölkəmizin yüksək gəlir gətirən layihələrə qoşulmasının və ölkəmizin müasir inkişafının Heydər Əliyev əməyinin bəhrəsi olduğunu bildirdilər. Tədbirdə ulu öndərin həyat və fəaliyyətindən bəhs edən video çarx izlənildi. Şagirdlərimiz tədbirdə ulu öndərlə bağlı şerlər söylədilər, səhnəciklər nümayiş etdirdilər və mahnılar səsləndirdilər.

Gülşən Əlizadə

Posted by: mekteb320 | April 25, 2012

AZƏRBAYCANIN DAHİ VƏ SEVİMLİ ŞAİRİ…

AZƏRBAYCANIN DAHİ VƏ SEVİMLİ ŞAİRİ…

Qaradağ rayonu 320 saylı məktəbdə dahi şair Nizami Gəncəviyə həsr olunmuş ədəbiyyat gecəsi keçirildi. 1141-ci ildə Gəncədə anadan olmuş Nizami dünya ədəbiyyatına beş möhtəşəm əsər – “Xəmsə” bəxş etmişdir. Nizaminin ölməz “Xəmsə”si (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) onu dünya mədəniyyətinin dahiləri sırasına çıxarmaqla yanaşı, şairi yetirən xalqa da dünya şöhrəti gətirmişdir. Dahi şairin əsərləri hər dövrdə olduğu kimi bizim dövrdə də sevilərək oxunmaqdadır. Məktəbimizin şagirdləri də Nizami əsərlərini olduqca çox sevirlər. Şagirdlərimiz dahi şairə həsr olunmuş gecədə zalda əyləşənlərə Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdilər. Bununla yanaşı gecədə sevimli şairin əsərlərindən müəyyən səhnəciklər nümayiş etdirildi, şairin bir-birindən anlamlı olan şerləri səsləndirildi. Gecəyə şagirdlərimizin hazırladıqları musiqi nömrələri də xüsusi rəng qatdı. Dahi şair Nizami Gəncəviyə həsr olunmuş gecə zalda əyləşmiş müəllimlər, valideynlər və şagirdlər tərəfindən olduqca bəyənildi.

Gülşən Əlizadə

Məktəblilərarası “Nə? Harada? Nə zaman?” oyunu üzrə çempionat

 17 Aprel 2012-ci il tarixində Gəncliyə Yardım Fondunun akt zalında “İRƏLİ” İctimai Birliyi və “Xəzər” İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə məktəblilər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə “Bakı turniri” təşkil olunmuşdur.

Məktəblilərarası “Nə? Harada? Nə zaman?” oyunu üzrə çempionatın keçirilməsində əsas məqsəd məktəblilərin dünya görüşünü artırmaq, onların intellektual hərəkata cəlb olunmasını təmin etməkdir. Məktəblilərarası çempionatda Bakının 23 məktəbindən 25 komanda iştirak etmişdir. Çempionat “İRƏLİ” İctimai Birliyinin Məktəb Parlamenti layihəsi çərçivəsində həyata keçirilir və turnir 2012-ci il üçün məktəbliləri əhatə edən ilk və ən böyük intellektual yarışdır.

Qaradağ rayonu 320 saylı məktəb də “İRƏLİ” İctimai Birliyinin Məktəb Parlamenti layihəsinin iştirakçısı olduğu üçün bu çempionata qatılan məktəblər arasında idi. Çempionatda məktəbimizi “320 saylı İRƏLİ Məktəb Parlamenti”nin kordinatoru Gülşən Əlizadə və parlamentin deputatları Salmanov Osman, Abışova Nazilə, İsmayılzadə İlahə, Namazov Əziz, Məcidi Nərgiz və Süleymanova Səkinə təmsil edirdilər. Məktəblilərimiz çempionatda komanda “Özəl – 320” adı altında çıxış etdi. Bu komandamızın iştirak etdiyi ilk böyük intellektual yarışdı və bu çempionatda iştirak etmək olduqca maraqlı idi.

Məktəblilərarası “Nə? Harada? Nə zaman?” oyunu üzrə çempionatın sonunda ilk üç yerin sahibinə diplomlar, kitab hədiyyələri və qalib komandaya kubok təqdim edilmişdir. Digər iştirakçılar isə sertifikatlarla təltif olunmuşdur.

 

Posted by: mekteb320 | April 8, 2012

QƏDİM TÜRK YURDU – İRƏVAN

QƏDİM TÜRK YURDU – İRƏVAN

İrəvan xanlığı XVIII əsrin ortalarında yaranıb. Bu xanlığın əsasını Mir Mehdi xan qoyub. Bu xanlıq Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arsındakı torpaqlarda yerləşirdi. Xanlığın mərkəzi İrəvan şəhəri idi. Şəhər Ağrı vadisinin şimal hissəsində, Zəngi çayı sahilində yerləşirdi. Bəzi tarixçilər iddia edirlər ki, şəhər Urartu çarı I Argişti tərəfindən e.ə.782-ci ildə Erebuni qalasının xarabalıqları yaxınlığında salınıb. İrəvan xanlığını ayrı-ayrı vaxtlarda Hüseynəli xan, Məhəmmədhəsən xan, Qulaməli xan və başqa hökmdarlar idarə ediblər.

İrəvanın tarixi faciəsi.   1813-cü il (Gülüstan) müqaviləsinə görə İrəvan xanlığı İranın tərkibində qaldı. 1828-ci il (Türkmənçay) müqaviləsinə görə isə xanlıq Rusiyanın işğalı altına düşdü. Bununla da qədim türk yurdu olan İrəvanın tarixi faciəsi başlandı. İrəvanı işğal edən Rusiya bir sıra ölkələrdən buraya erməniləri köçürdü.

Bəs görəsən əslində ermənilər kimdir?

Tarixi faktlardan məlum olur ki, ermənilər Qafqaza və Ön Asiyaya sonralar gəliblər. Tarixi faktlar sübut edir ki, əslində ermənilər heç vaxt erməni adlandırılmayıb. Əslində onlar «hay», vətəni isə «Hayrenik» adlanıb. Tarixi faktlar sübut edir ki, indiki Ermənistan ərazisində vaxtilə «ərmən» adlı türk tayfaları yaşayıb və bu ərazi də həmin tayfaların adı ilə «Ərməniyyə» adlanıb. «Ərmən» etnoniminin əsl türk sözü olması da bunu təsdiq edir. Sonralar bu ərazilərə köçüb gələn haylar tədricən yerli ərmən tayfalarının torpaqlarında özlərinə yer edərək özlərini «Ərməniyəli» adlandırıblar. Hayların bu yerlərdəki nüfuzu o qədər zəif idi ki, sonradan hiyləgər olan haylar (ermənilər) zaman keçdikcə öz məkirli niyyətlərini həyata keçirməyə başlayırlar.

Ermənilər 1918-ci ildə 9 min km2 ərazili erməni daşnak dövlətini yaratdılar. 1918-1920-ci illərdə ADR-in tərkibində olan Zəngəzur, Dərələyəz, Qaraqoyunlu mahalları və digər Azərbaycan əraziləri Moskvadakı millətçi bolşeviklərin təzyiqilə ermənilərə verildi. 1920-ci ilin 29 noyabrında isə «Ermənistan SSR» yaradıldı. 1935-ci il yanvarın 3-dən etibarən ermənilər Ermənistanda görünməmiş tarixi faciə törətdilər. Beləki, türk mənşəli yer adlarını kütləvi şəkildə dəyişdirərək, erməniləşdirdilər. O cümlədən də 1936-cı ildə İrəvan şəhərinin adı dəyişdirilərək Yerevan adlandırıldı. 1948-1953-cü illərdə isə İrəvandakı azərbaycanlıları zorla doğma yurdlarından Kür-Araz ovalığına köçürdülər. 1988-ci ilin yanvarında Qafan və Mehri rayonunun əhalisinin qovulması ilə İrəvanın türksüzləşdirilməsinin sonuncu mərhələsi başlandı. 1991-ci il avqustun 8-də isə irəvanlıların doğma torpaqlarından qovulmasının sonuncu mərhələsi başa çatdı. Yuxarıdakı tarixi hadisələr qədim türk yurdu – İrəvanın keçdiyi tarixi yol idi.  

Gülşən Əlizadə

İrəvan xanlığının bayrağı

İrəvan xanının qardaşı Pənah xanın İrəvan şəhərində yerləşən evi

İrəvan şəhərində vaxtilə mövcud olmuş Hacı Novruzəli (Hacı bəy) məscidi. Məscid ermənilər tərəfindən dağıdılmışdır.

 Şah Abbas məscidi (İrəvan)

 

 MƏKTƏB 320 VƏ MƏKTƏB 87 ARASINDA FUTBOL QARŞILAŞMASI

320 saylı İrəli Məktəb Parlamentinin və 87 saylı İrəli Məktəb Parlamentinin təşəbbüsü ilə 04.04.2012 tarixində Müşfiqabad Sağlamlıq və İdman Kompleksində hər iki məktəbin komandaları “MP320” və “Baku Star87”arasında futbol oyunu keçirildi. Hər iki komandanın oyunçuları oyuna yaxshı hazırlaşmıdı. Futbol qarşılaşmasının birinci mərhələsi MP 320 –nin üstünlüyü ilə başladı. Lakin birinci hissə Baku Star 87 –nin üstünlüyü ilə bitdi. Qarşılaşmanın ikinci mərhələsində MP 320-nin oyunçuları yenidən fəallaşaraq hesabı  14:8 etdi. Beləliklə məktəb 320 və məktəb 87 arasındakı futbol oyunu MƏKTƏB 320 –nin qələbəsilə bitdi.

Komandamızın bu qələbəsi bu qarşılaşmanı təşkil etmiş MP 320-nin kordinatorunu, parlamentin deputatlarını, məktəb şagirdlərini və müəllimlərini olduqca sevindirdi. Bu qələbə sevincini bizə yaşatmış komandamıza və idman müəllimlərimizə təşəkkürlər və təbriklər. Şagirdlərimizin yeni qələbələrini görmək ümidilə…

Gülşən Əlizadə

Posted by: mekteb320 | February 24, 2012

Xocalı faciəsi

Xocalı faciəsi

1992-ci il fevralın 25-dən 26-na geçən gecə Xocalıda ermənilər və 366-cı rus alayı tərəfindən xalqımıza qarşı soyqırım həyata keçirildi. Soyqırım zamanı çoxlu sayda qoca, qadın, körpə uşaqlar – əliyalın, silahsız mülki vətəndaşlarımız erməni vəhşiliklərinə məruz qalaraq qətlə yetirildi. 1992-ci ildən etibarən 26 fevral tarixi ölkəmizdə milli hüzn günü olaraq qeyd edilir. Artıq Xocalı faciəsindən 20 il ötür. Hər il olduğu kimi bu ildə Xocalı şəhidlərinin əziz xatirəsi yad edilir, istər ölkə daxilində istərsə də xarici dövlətlərdə bu faciəvi günlə bağlı silsilə tədbirlər həyata keçirilir. Ölkəmizdəki hər bir qurumda, təşkilatda olduğu kimi təhsil ocaqlarında da Xocalı faciəsi dərin bir hüznlə anılır. Xocalı faciəsinin 20-ci il dönümüylə bağlı 320 saylı məktəbdə də tədbir təşkil edildi. Tədbir Xocalı soyqırımının qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başladı.Tədbirdə məktəb direktoru Namiq Cəfərov, müəllimlər və şagirdlər 1992-ci ilin 26 fevralında Xocalıda erməni cəlladları tərəfindən xalqımızın başına gətirilmiş bəlalardan danışdılar. Ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri özündə əks etdirən foto slayd izlənildi. Şagirdlər bu dəhşətli gecəni özündə əks etdirən şerlər söylədilər. Məktəbimizdə Xocalı faciəsilə bağlı tədbirlə yanaşı rəsm müsabiqəsi təşkil edildi.

Məktəbimizdə 320 saylı İrəli Məktəb Parlamentinin təşəbbüsü ilə Xocalıda erməni cəlladları tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı dünya ictimaiyyətinə çatdırmaq üçün internet aksiyası həyata keçirildi. Məktəb şagirdləri məktəbimizin informatika kabinetindən bir çox xarici dövlətlərin parlamentlərinə, dövlət adamlarına, beynəlxalq təşkilatlara, xarici mətbuat orqanlarına Xocalı soyqırımı haqqında məlumat və fotolardan ibarət email-lər göndərdilər. Bütün hər kəs kimi məktəb şagirlərinin də bir istəyi vardı Xocalı faciəsinə dünya səviyyəsində hüquqi qiymət verilsin. Bütün ölkələr tərəfindən riyakar ermənilərin əsl üzü tanınsın. 1992-ci ildə Xocalıda ermənilərin törətdikləri vəhşiliklər nə ilk idi, nə də son. Əgər dünya səviyyəsində ermənilərin təşkil etdikləri bu soyqırımlar tanınmasa insanlıq – bəşər tarixi bu cür vəhşiliklərə çox şahidi olacaq.

Gülşən Əlizadə

Posted by: mekteb320 | February 22, 2012

Khojaly Genocide

The Armenian armed forces with assistance of the 366th regiment wiped the Azerbaijani town of Khojali off the face of the earth. This bloody crime was one of the most shocking acts of the international terrorism against civilians in the XX century. The mass extermination of a peaceful population of the town of Khojali in the Nagorno-Karbakh region of Azerbaijan took place on the night of the 25-26th of February, 1992. The tragic result of the Khojali crime is 613 dead, including 106 women, 63 childiren, 487 invalids; 1275 faced scares of Armenian captivity, 150 missing. Armenian terrorist organizations and tired armored troops annihilated the whole families, made executions a show; skinned people alive cut off ears, scalped. They ripped open abdomens of pregnant women…took their babies out …the cut open abdomens of already dead women…they stuffed with cut off heads of their husbands. It is impossible to depict all this. One of the activists of the Armenian terrorist organization ASALA Vazgen Sislyan whose name is connected with a number of terror acts committed all over the world, did not conceive his partipation in killing the Azerbaijani children in Khojali.

From the book of the Armenian author Daud Kheyriyan, participant of the Khojali tragedy – “…on March 2 an Armenian group “Gaflan” which dealt with burning down corpses, brought to one place more than 100 dead bodies of Azerbaijanis and burned them nearly a kilometer to the west of Khojali…In the last car I saw a girl, of about ten, wounded on her forehead and arms, this child with a face already blue, was still alive, despite, famine, cold, wounds. She breathed in quietly. Soon after, a soldier whose name was Tigranyan, took that still girl and threw her to the corpses…which were burnt later…”.

On night of the 25th to 26th of February, 1992 the Russian motor infantry regiment № 366, dislocated in Stepanakert together with Armenian gangs carried out punitive actions in the town of Khojali. A soldier from the regiment Viktoriya Ivleva testifies that she saw with her own eyes the army armors, artillery firing over the town which preceded the capture. Viktoriya Ivleva confesses in her participation as soldier of the second troop in the capture of Khojali: “…I noticed something moving to us, something like a cloud that was a crowd of half-clothed people. The last in the crowd of Turks (I,e. Azerbaijanis – rare comment) was going a woman with three children, barefooted in snow. She hardly moved, often fell down, as found, her youngest baby was just two days old”. What happend to this woman was possible to observe on a TV tape where there is an operator’s sobbing instead of a sound heard. People were directly shot down on a slope of a hill. In of the pictures of the soldiers of the Russian motor infantry regiment № 366 Viktoriya Ivleva there are four brave fidains over the corpses of fallen “Azers”. This way, the fascists took photos against a backround of gallows in a triumphal poisoning.

V.Belikh, the “Izvestiya” newspaper correspondent testifies: “…from time to time bodies of their gone Azerbaijanis were brought to Agdam in exchange for live hostages. One could not see this in a nightmare…put out eyes, ears cut off, scalps, heads…bunches of several corpses which had been drawn on the ground with a rope attached to an armored troop-carrier for a long time…no limits in persecution…”

Leonid Kravets, a military pilot, a mayor: “…on the 26th of February I took the wounded from Stepanakert and flew back through the Askeran gates, my eyes got a sight of some stains down. I flew there and my board mechanic cried out: “…Look, there are women and children”. And I myself saw about two hundred killed people thrown all over the slope where armed people were strolling among…then we flew over and tried to take bodies, a local militia captain was with us, he found there his four-year old son…with crashed skull…and he lost his mind. Another child whom we managed to pick up before they started shooting at us was headless. I saw everywhere maimed bodies of women, children and old people… ”

The time has come; Armenian is to make its political, human rights and material account for genocide against Azerbaijanis – one of the scariest in the bloody history of XX century.

Firidun bəy Köçərlinin əziz xatirəsinə həsr olunmuş 

“Təhsil Gecəsi”

320 saylı İrəli Məktəb Parlamenti yarandığı gündən məktəbimizdə bir sıra maraqlı işlər görmüşdür. Belə ki, buna Bayraq günü ilə bağlı təşkil edilmiş tədbiri, məktəbimizin futbol komandasının yaradılmasını, 7, 8, 9 və 10-cu siniflər arasında təşkil olunmuş bilik müsabiqələrini misal göstərmək olar.

26.01.2012 tarixində isə parlamentimiz məktəbimizdə azərbaycanlı ədəbiyyatşünas alim, maarifçi, yazıçı-publisist, təhsilin milliləşdirilməsi ideyasının təşəbüskarı və ən əsası isə vətənini sevən, xalqının gələcəyini dərindən düşünən “Müəllimin” – Firidun bəy Köçərlinin doğum günü ilə bağlı tədbir – təhsil gecəsi təşkil etdi.  Min bir məşəqqətlə, əziyyətlə millətinə maarif işığı gətirmiş şəxsin doğum günü ilə bağlı təbir təşkil etmək bizim üçün olduqca maraqlı idi. Bir ölkənin gələcəyi o ölkənin insanlarının alacağı təhsillə bağlıdır. Bu gün elmdə, təhsildə əldə etdiyimiz nailiyyətlərin hamısı Firidun bəy Köçərlinin və elm, təhsil, xalqı maarifləndirmə yoluna canlarını qoymuş şəxslərin əməyinin nəticəsidir. Onları hər zaman anmaq, onların xalqımız üçün etdikləri fəaliyyətləri dönə-dönə vurğulamaq bizim mənəvi borcumuz və vəzifəmizdir.

Firidun bəy Köçərlinin əziz xatirəsini yad etmək üçün təşkil edilmiş tədbirdə parlamentimizin spikeri – Salmanov Osman, parlamentimizin vitse-spikeri –  Məcidi Nərgiz, Təhsil komissiyasının sədri – Nuriyeva Solmaz, həmin komissiyanın üzvü – Abışova Nazilə Köçərlinin həyatı, onun Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində və Qazax Müəllimlər Seminariyasındakı fəaliyyəti haqqında çıxış etdilər və Firidun bəy Köçərli ilə bağlı slayd izlənildi.Tədbirdə parlamentimizin digər vitse-spikeri Vələdova Fidan, deputatlarımız Məsiyeva Səfayət, Yunuzova Nəzrin, Məmmədova Mərziyə və digər şagirdlərimiz məktəb, elm, müəllim, kitap haqqında öyrəndikləri şerləri səsləndirdilər. Məktəbimizin Trio qrupu o cümlədən Qədrli Çingiz maraqlı mahnılar ifa etdilər. Tədbirdə 6B sinif şagirdləri Sədayə və Məhəmməd Mirzə Ələkbər Sabirin səhnəcik halına salınmış “Atanın oğula nəsihəti” satirasını söylədilər. Mirzə Ələkbər Sabirin “Oxutmuram əl çəkin” satirasının musiqisi səsləndirildi və bununla bağlı slayd izlənildi. Tədbirdə məktəbimizin direktoru Namiq Cəfərov təhsilin bizim həyatımızdakı rolu, yeri və əhəmiyyəti ilə bağlı çıxış etdi. Tədbirdə həmçinin parlamentimiz təşkil etdiyi siniflər arası bilik müsabiqəsinin qaliblərinə direktorumuz tərəfindən fəxrnamələr təqdim olundu. Firidun bəy Köçərlinin doğum günü ilə bağlı təşkil etdiyimiz təhsil gecəsi aparıcıların eyni zamanda parlamentimizin deputatları – Namazov Əzizin və İsmayılzadə İlahənin son sözləri ilə yekunlaşdı.

Gülşən Əlizadə

 

 


Posted by: mekteb320 | January 16, 2012

10-CU SİNİFLƏR ARASI BİLİK MÜSABİQƏSİ

10-CU SİNİFLƏR ARASI BİLİK MÜSABİQƏSİ

16.01.2012 tarixində məktəbimizdə 320 saylı İrəli Məktəb Parlamenti tərəfindən 10-cu siniflər arasında “Bilik müsabiqəsi” keçirildi. Müsabiqə suallarının hazırlanması, cümlədən müsabiqənin təşkil olunması müəllim Gülşən Əlizadənin rəhbərliyi ilə parlamentin deputatları Nuriyeva Solmaz, Abışova Nazilə, Cabbarova Röya, İsmayılzadə İlahə, Abdullayeva Rəbiyyə və s. tərəfindən həyata keçirildi.

Siniflər arası bilik müsabiqəsində 10A  və 10B sinifləri iştirak etdi.  Müsabiqədə hər bir sinfi 6 şagirddən ibarət komanda təmsil edirdi. 10A sinfinin komandasında – Abdullayev Murad, Qasımova Bahar, Quliyev Tural, Həsrətova Yasəmən, Səbzəliyev Kənan və Əliyev Rəfael; 10B sinfinin komandasında – Salmanov Osman, Əhmədzadə Zərifə, Namazov Əziz, Novruzov Ceyhun, İbrahimli Ramil və Xanatov Rauf iştirak edirdilər.

Müsabiqə 6 mərhələdən ibarət idi.

I mərhələdə –  azərbaycan dili və ədəbiyyatla bağlı suallar səsləndirildi.

II mərhələdə – hər üç komandaya riyaziyyatla bağlı tapşırıqlar təqdim olundu

III mərhələdə – tarixlə bağlı suallar səsləndirildi.

IV mərhələdə –  coğrafiya və biologiya ilə bağlı suallar səsləndirildi və məsələlər təqdim olundu.

V mərhələdə –  fizika və kimya ilə bağlı suallar səsləndirildi

VI mərhələdə məntiq və dünyagörüşü ilə bağlı suallar səsləndirildi.

Suallar bir-bir səsləndirildikcə komandalar  cavablarını yazılı şəkildə münsiflər heyətinə təqdim edirdilər. Hər sualın dəyəri 1 bal idi.

Müsabiqədə hər iki sinif uğurla çıxış edirdi. Hər iki komandanın iştirakçıları  çalışırdılar ki, doğru cavabı səsləndirərək öz komandalarına bal qazandırsınlar. Yarış  zamanı maraqlı bilik rəqabətinin şahidi olduq. Müsabiqənin sonunda 10B sinfi birinci, 10A sinfi isə ikinci yeri tutdu.

Məktəb parlamentimiz bu günə qədər dörd dəfə – 7-ci, 8-ci, 9-cu 10-cu siniflər arasında bilik müsabiqəsi təşkil etmişdir. Bu bilik müsabiqələrində 7B, 8B, 9B və 10B sinfləri qalib olmuşdur. Parlamentimiz tərəfindən təşkil olunmuş bilik müsabiqələrinə məktəb şagirdlərinin maraq göstərmələri və müsabiqədə iştirak etmələri bizi sevindirdi. Bizim bu fəaliyyətimizə nəinki məktəblilərimizin eyni zamanda məktəb müdüriyyətinin də maraq göstəməsi, bizə yardım etməsi, bizim üçün lazımi şərait yaratması və fəaliyyətimizi dəstəkləməsi bizi daha da sevindirir, bizi yeni fəaliyyətlər üçün həvəsləndirir. Fəaliyyətimizi dəstəkləyən məktəb kollektivinə təşəkkür edir, şagirdlərimizə isə dərslərində uğurlar diləyirik.

Gülşən Əlizadə

 

Posted by: mekteb320 | December 31, 2011

ŞAGİRDLƏRİMİZ 2 SAYLI UŞAQ EVİNDƏ

ŞAGİRDLƏRİMİZ 2 SAYLI UŞAQ EVİNDƏ

31 dekabr Azərbaycanda iki bayram – Dünya Azərbaycanlılarının Həmrəylik günü və  Yeni il bayramı kimi qeyd edilir. Bu əlamətdar bayramlar məktəbimizin şagirdlərində də gözəl əhval-ruhiyyə yaratdı. 320 saylı İrəli Məktəb Parlamenti qərara aldı ki, bu əlamətdar bayram münasibətilə bütün şagirdlər həmrəy olub gözəl xeyriyyə tədbiri həyata keçirsinlər. Beləliklə qərara gəldik ki, bu iki gözəl bayramı Suraxanı rayonu 2 saylı uşaq evində keçirdək. Biz düşünürdük ki, bu qərarımız həm bizim, həm də o balaca, sevimli körpələrin ürəyincə olar. Həqiqətən də hər şey düşündüyümüz kimi oldu. Beləliklə uşaq evinə yollandıq. Orada bizi yaxşı qarşıladılar. Uşaqlarla görüşmək üçün şagirdlərimizə əlverişli şərait yaradıldı. Bunun üçün Suraxanı rayonu 2 saylı uşaq evinin rəhbərliyinə təşəkkürümüzü bildiririk. Uşaqlarla görüş çox maraqlı keçdi. Şagirdlərimizlə uşaqlar tezliklə qaynayıb-qarışdılar. Kimimiz uşaqlarla söhbət edir, kimimiz rəqs edir, kimimiz də uşaqlarla oyun oynayırdıq. Bəzən isə uşaqlardan ayrılıb kənardan otağa nəzər salırdım. Otaqdakı ab-hava – uşaların bir-birini çağırması, gülüş və musiqi səsi insanda gözəl hislər oyadırdı. Balcalar çox gözəl rəqs edirdilər. Müəllimlərinin öyrətdiklərini çox gözəl nümayiş etdirirdilər.  Uşaqlarla ünsiyyət qurmaq, onlarla oyun oynamaq bizim üçün çox xoş idi.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və  Yeni il bayramı münasibətilə xalqımızı təbrik edir, ölkəmizin bütövlüyü və yüksəlməsi üçün xalqımızın daim həmrəy olmasını arzu edir, 2012-ci ilin xalqımız üçün hər baxımdan uğurulu il olmasını diləyirik.

Gülşən Əlizadə

Posted by: mekteb320 | December 22, 2011

9-CU SİNİFLƏR ARASI BİLİK MÜSABİQƏSİ

9-CU SİNİFLƏR ARASI BİLİK MÜSABİQƏSİ

22.12.2011 tarixində məktəbimizdə 320 saylı İrəli Məktəb Parlamenti tərəfindən 9-cu siniflər arasında “Bilik müsabiqəsi” keçirildi. Müsabiqəyə sualların hazırlanması və müsabiqənin tərtib olunması məktəbimizin müəllimləri – Gülşən Əlizadə və Nağdalıyeva Samirə, parlamentin spikeri – Salmanov Osman, parlamentin vitse-spikeri – Vələdova  Fidan, hərbi-vətənpərvərlik və idman komissiyasının sədri -Namazov Əziz, mədəniyyət və turizm komissiyasının üzvləri – Süleymanova Səkinə, Səfayət, Rəbiə, nəzarət təftiş və intizam komissiyasının üzvü – Rzayev Əmrah və s. tərəfindən həyata keçirildi.

Siniflər arası bilik müsabiqəsində 9A , 9B , 9C sinifləri iştirak etdi.  Müsabiqədə hər bir sinifi 6 şagirddən ibarət komanda təmsil edirdi. 9A sinfinin komandasında – Nuriyeva Solmaz, Cabbarova Röya, Süleymanlı Cəlil, Abdullayeva Sevil, Bayramov Anar və Mehralıyeva Aytəkin; 9B sinfinin komandasında – Abışova Nazilə, Əhmədov Neman, İsmayılzadə İlahə, Əliyev Hacı, Məcidi Nərgiz və Xəlilov Nicat; 9C sinfinin komandasında – Dəmirova Mehriban, Təhməzov Məqamil, Orucova Tünzalə, İ. Elvin, Baxışova Zərifə və Təhməzov Oruc iştirak edirdilər.

Müsabiqə 6 mərhələdən ibarət idi.

I mərhələdə –  azərbaycan dili və ədəbiyyatla bağlı suallar səsləndirildi.

II mərhələdə – hər üç komandaya riyaziyyatla bağlı tapşırıqlar təqdim olundu

III mərhələdə – tarixlə bağlı suallar səsləndirildi.

IV mərhələdə –  coğrafiya və biologiya ilə bağlı suallar səsləndirildi və məsələlər təqdim olundu.

V mərhələdə –  fizika və kimya ilə bağlı suallar səsləndirildi

VI mərhələdə məntiq və dünyagörüşü ilə bağlı suallar səsləndirildi.

Suallar bir-bir səsləndirildikcə komandalar  cavablarını yazılı şəkildə münsiflər heyətinə təqdim edirdilər. Hər sualın dəyəri 1 bal idi.

Müsabiqədə hər üç sinif çalışırdı ki, qalibiyyət əldə etsin. Müsabiqənin sonunda birincilik  9B sinfinin oldu. İkinci yeri 9C sinfi, üçüncü yeri isə 9A  sinfi tutdu. 9B sinfinin komandasının müsabiqədə qalib gəlməsi sinif şagirdlərinin böyük sevincinə səbəb oldu. Bu günə qədər məktəbimizdə 3 dəfə siniflər arası bilik müsabiqəsi keçirilib və bu üç müsabiqənin qalibləri ancaq “ B ” sinifləri – 7B, 8B, 9B olublar. Bu müsabiqəmizdəki maraqlı haldır. Görəsən keçirəcəyimiz gələcək siniflər arası bilik müsabiqəsində kimlər qalib gələcək?  –  A-mı, B-mi, C-mi = ?

Gülşən Əlizadə

 

 

Posted by: mekteb320 | December 8, 2011

8-Cİ SİNİFLƏR ARASI BİLİK MÜSABİQƏSİ

8-Cİ SİNİFLƏR ARASI BİLİK MÜSABİQƏSİ

8.12.2011 tarixində məktəbimizdə 320 saylı İrəli Məktəb Parlamenti tərəfindən 8-ci siniflər arasında “bilik müsabiqəsi” keçirildi. Müsabiqənin suallarının hazırlanması və müsabiqəylə bağlı bütün tərtibat işlərində deputatlarımız –  parlamentin spikeri Salmanov Osman, təhsil komissiyasının sədri Nuriyeva Solmaz, həmin komissiyanın üzvü Abışova Nazilə, parlamentin vitse-spikerləri Məcidi Nərgiz və Vələdova  Fidan, hərbi-vətənpərvərlik və idman komissiyasının sədri Namazov Əziz, mədəniyyət və turizm komissiyasının sədri İsmayılzadə İlahə, həmin komissiyanın üzvü Süleymanova Səkinə, Rəbiə, Əliyev Hacı, Famil səylə çalışdılar. Deputatlarımızın səylə çalışmaları direktorumuz Namiq Cəfərovun, eləcə də müəllimlərin diqqətindən də qaçmadı. Onlar şagirdlərimizin təhsillə bağlı bu ictimai fəaliyyətlərini bəyəndiklərini və onları bu kimi gözəl fəaliyyətdə dəstəkləməyə daim hazır olduqlarını bəyan etdilər.

Siniflər arası bilik müsabiqəsində 8A , 8B , 8C sinifləri iştirak etdi.  Müsabiqədə hər bir sinifi 6 şagirddən ibarət komanda təmsil edirdi. 8A sinfinin komandasında – Qaibov Qabil, Abdullayeva Aytac, İdrisov Səxavət, Əmirova Fiqurə, Hacıyev Seyfi və Şeydayeva Aygün; 8B sinfinin komandasında – Ələsgərova Əfsanə, Cəbrayılova Asiman, Məlikov Hüseyn, Cabbarlı Zəhra, İsmayılova Bəsti və Səfərova Lətafət; 8C sinfinin komandasında Süleymanlı Nərmin, Almazov Elşad, Rəhimova Xəyalə, Orucov Ceyhun, Ələsgərli Nərmin və Sadıqova Nurəngiz iştirak edirdilər.

Müsabiqə 6 mərhələdən ibarət idi.

I mərhələdə –  azərbaycan dili və ədəbiyyatla bağlı suallar səsləndirildi.

II mərhələdə – hər üç komandaya riyaziyyatla bağlı tapşırıqlar təqdim olundu

III mərhələdə – tarixlə bağlı suallar səsləndirildi.

IV mərhələdə –  coğrafiya və biologiya ilə bağlı suallar səsləndirildi və məsələlər təqdim olundu.

V mərhələdə –  fizika ilə bağlı suallar səsləndirildi

VI mərhələdə məntiq və dünyagörüşü ilə bağlı suallar səsləndirildi.

Suallar bir-bir səsləndirildikcə komandalar  cavablarını yazılı şəkildə münsiflər heyətinə təqdim edirdilər. Hər sualın dəyəri 1 bal idi.

Müsabiqədə hər üç komanda uğurla çıxış etdi. Ancaq müsabiqənin qalibi 8B sinifi oldu. 8B sinfinin istedadlı şagirdləri olan – Ələsgərova Əfsanə, Cəbrayılova Asiman, Məlikov Hüseyn, Cabbarlı Zəhra, İsmayılova Bəsti və Səfərova Lətafət müsabiqədə daha yaxşı çıxış etdikləri üçün öz siniflərinə məktəbimizin səkkizləri arasında birincilik qazandırmış oldular. 8-ci siniflər arasındakı bilik müsabiqəsində 8A sinfi ikinci, 8C sinfi üçüncü yeri tutdular.

Məktəb Parlamentimizin məktəbimizdə təşkil etdiyi “siniflər arası bilik müsabiqəsində” əsas məqsədi şagirdlərimizə könə biliklərini təkrarlatmaq, yeni biliklərini möhkəmlətmək eyni zamanda dərslərini daha da yaxşı oxumağa sövq etmək və həvəsləndirməkdir. Parlamentimizin bu məqsədi istər məktəb kollektivinin, istərsə də valideynlərin istəyinə tam uyğundur.

Gülşən Əlizadə

Posted by: mekteb320 | November 29, 2011

7-Cİ SİNİFLƏR ARASI BİLİK MÜSABİQƏSİ

7-Cİ SİNİFLƏR ARASI BİLİK MÜSABİQƏSİ

28.11.2011 tarixində  Qaradağ rayonu 320 saylı orta məktəbdə 7-ci siniflər arasında bilik müsabiqəsi keçirildi. Müsabiqə 320 saylı Məktəb Parlamenti tərəfindən təşkil edilmişdi. Bilik müsabiqəsinin təşkil edilməsində məqsəd şagirdlərin yeni və köhnə biliklərini  möhkəmləndirmək və dərslərində daha fəal olmalarına nail olmaqdır. Müsabiqənin sualları parlamentin təhsil komissiyasının sədri Nuriyeva Solmaz, həmin komissiyanın üzvü Abışova Nazilə və parlamentin spikeri Salmanov Osman tərəfindən hazırlanmışdı. Müsabiqənin təşkili və həyata keçirilməsində həmçinin hərbi-vətənpərvərlik və idman komissiyasının sədri Namazov Əziz, mədəniyyət və turizm komisiyyasının sədri İsmayılzadə İlahə, mətbuat xidməti və informasiya təminatı komissiyasının üzvü Rzayev Əmrah, nəzarət təftiş və intizam komissiyasının sədri İbrahimov Ramil və həmin komissiyanın üzvü Famil xüsusi fəallıq göstərdilər.

 Müsabiqədə məktəbin 7A , 7B , 7sinifləri iştirak edirdilər. Müsabiqədə hər bir sinifi 6 şagirddən ibarət komanda təmsil edirdi. 7A sinfinin komandasında – Süleymanlı Səkinə, Yunusov Nəzrin, Məsiyeva Səfayət, Ələsgərli Məhəmməd, Məmmədova Mərziyə və Bağırov Cəfər; 7B sinfinin komandasında – İsmayılov Xəyal, Kərimova Rəminə, Xəlilov Əziz, Qayıbova Qərənfil, Novruzov Cəsarət və Bəndəliyev Vüqar; 7C sinfinin komandasında – Vələdova Fidan, Qasımov Tural, Həmidova Xalidə, Alıyev Elton, Quliyeva Nəzrin və Xəlilzadə Ağcagül iştirak edirdilər.

Müsabiqə 5 mərhələdən ibarət idi.

I mərhələdə –  azərbaycan dili və ədəbiyyatla bağlı suallar səsləndirildi.

II mərhələdə – hər üç komandaya riyaziyyatla bağlı tapşırıqlar təqdim olundu

III mərhələdə – tarixlə bağlı suallar səsləndirildi.

IV mərhələdə –  coğrafiya və biologiya ilə bağlı suallar səsləndirildi və məsələlər təqdim olundu.

V mərhələdə –  məntiq və dünyagörüşü ilə bağlı suallar səsləndirildi.

Hər mərhələdə 8 sual mövcud idi. Suallar bir-bir səsləndirilir komandalar isə cavablarını yazılı şəkildə münsiflər heyətinə təqdim edirdilər. Hər sualın dəyəri 1 bal idi.

Müsabiqədə hər üç komanda uğurla çıxış etdi. Ancaq müsabiqənin qalibi 7B sinifi oldu. 7B sinfinin fəal şagirdləri olan İsmayılov Xəyal, Kərimova Rəminə, Xəlilov Əziz, Qayıbova Qərənfil, Novruzov Cəsarət və Bəndəliyev Vüqar müsabiqədə daha çox suala cavab verdikləri üçün öz siniflərinə birincilik qazandırmış oldular. Bilik müsabiqəsində 7C sinifi ikinci yeri, 7A  sinfi isə üçüncü yeri tutdular.

29.11.2011 tarixində məktəbdə səhər bütün siniflər öz sıralarında dərsin başlamasını gözləyərkən bilik müsabiqəsinin qalibi 7B sinfinin istedadlı şagirdləri ön sıraya dəvət edilərək qalibiyyətləri münasibətilə bütün siniflər qarşısında təbrik edildilər. O cümlədən bilik müsabiqəsinin təşkilatçıları olan deputatlar da ön cərgəyə dəvət olunaraq və onların hər birinə bu əhəmiyyətli və marağlı bilik müsabiqəsini təşkil etdikləri üçün təşəkkür edildi.

Gülşən Əlizadə

 

Posted by: mekteb320 | November 20, 2011

“Məktəb Parlamenti” layihəsinin təqdimat mərasimi

“Məktəb Parlamenti” layihəsinin təqdimat mərasimi

  19.11.2011 tarixində Gəncliyə Yardım  Fondunun konfrans zalında “Məktəb Parlamenti” layihəsinin təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində “İrəli” İctimai Birliyinin  bir sıra nümayəndələri, o cümlədən layihə rəhbəri və məktəb parlamentlərinin kordinatorları, layihəyə qoşulmuş məktəblərin direktorları, müəllimləri və parlamentlərin deputatları iştirak etdilər. Təqdimat mərasimində 320 saylı məktəbi məktəbin tarix müəllimi və eyni zamanda parlamentin kordinatoru olan Gülşən Əlizadə, parlamentin spikeri Salmanov Osman və parlamentin təhsil komissiyasının sədri Nuriyeva Solmaz təmsil etdilər.

   Təqdimat mərasimi “Məktəb Parlamenti” layihəsinin rəhbəri – Nigar Quliyevanın çıxışı ilə başladı. O  çıxışında bildirdi ki, “İRƏLİ” Məktəb Parlamenti məktəblərdə yaradılan şagird idarəetmə sistemidir. Bu layihənin məqsədi məktəblilərin məktəbin ictimai həyatında daha fəal olmalarına şərait yaratmaq, şagirdlərin liderlik, şəbəkələşmə, komandada  işləmə bacarıqlarının artırılması və ictimai sferada fəaliyyətlərinin genişləndirilməsini təmin etməkdir. O çıxışında vurğuladı ki, hal-hazırda layihə 25-dən çox  məktəbi və 1000-dən çox məktəblini əhatə edir. Tədris ilinin sonuna qədər layihənin Bakının 200 məktəbini əhatə etməsi hədəflənir. Nigar xanımın çıxışından sonra layihə iştirakçısı olan məktəblərin parlament seçkilərilə bağlı, parlamentlər tərəfindən keçirilən tədbirlərlə bağlı foto slayd nümayiş etdirildi. Mərasimdə məktəb direktorları da layihə ilə bağlı fikirlərini və gözləntilərini ifadə etdilər. Layihə ilə bağlı “İRƏLİ” İctimai Birliyinin İdarə heyətinin üzvləri də çıxış etdilər. Mərasim iştirakçıları həmçinin məktəb parlamentinin kordinatorlarının çıxışlarından ibarət olan videoçarxı da izlədilər.

  Mərasimin sonunda isə “İrəli” Məktəb Parlamenti tərəfindən  keçirilmiş “Mənim məktəbim” fotomüsabiqəsinin iştirakçılarına təşəkkürnamələr, ilk üç yerin sahibinə isə müvafiq olaraq netbuk, rəqəmsal fotoaparat və  i-pod təqdim olundu.

Gülşən Əlizadə

 

 

Older Posts »

Categories